|
İŞİD-in "mühasibi" xəzinədən milyonlarla dolları oğurlayaraq İraqdan qaçıb
İŞİD-in 5 yüksək rütbəli komandiri qruplaşmanın xəzinəsindən milyonlarla dollar oğurlayaraq İraqın Naynava əyalətindən qaçıb.
 
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Əs-Sumariyyə” telekanalı məlumat yayıb.   
 
Məlumata görə, oğurlanmış vəsaitlər silahlılara məvaciblərin ödənilməsi üçün nəzərdə tutulmuşdur.
 
“Qruplaşmanın mühasibi kimi tanınan Əbu Əl Bara Əl-Kahtani və  4 yüksək rütbəli komandir  milyonlarla dolları oğurlayaraq qaçıblar”, - deyə mənbə bildirib.   
 
Komandanlıq onların tutularaq edam edilməsinə dair göstəriş verib.  
 
Məlumata görə, xəzinədən oğurluq edən silahlılar Təl-Əfər şəhərinə, oradan Əl-Baac şəhərinə, daha sonra isə Suriya ərazisinə keçiblər.    
Cia.az