|
Xalça Muzeyində Dövlət Bayraq Günü qeyd olunacaq

Noyabrın 6-da Azərbaycan Xalça Muzeyinin uşaq muzeyi şöbəsi tərəfindən Dövlət Bayraq Günü münasibətilə “Mənim bayrağım” adlı tədbir keçiriləcək.

Muzeydən AZƏRTAC-a bildirilib ki, tədbirdə şöbənin dərnək üzvlərinin əl işləri nümayiş olunacaq, həmçinin Avropa liseyi şagirdlərinin ifasında bayraq gününə aid mahnılar və şeirlərdən ibarət ədəbi musiqili kompozisiya təqdim ediləcək.

Tədbirin təşkil olunmasında məqsəd uşaqlara və gənclərə tariximiz, adət-ənənələrimiz və dəyərlərimiz haqqında geniş məlumatlar verməkdir.

Cia.az