|
İlham Əliyev ilin ilk səfərini bu ölkəyə edir

Azərbaycan prezidenti İlham Əliyev gələn həftə Türkiyəyə səfər edəcək.

CİA.Az AzVision.az-a istinadən xəbər verir ki, bu barədə Habertürk kanalı məlumat yayıb. Qeyd olunub ki, səfər yanvarın 15-də baş tutacaq.

Səfər çərçivəsində İlham Əliyev həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşəcək. Görüşdə enerji və regionla bağlı məsələlər müzakirə ediləcək.

Qeyd edək ki, bu, İlham Əliyevin 2015-ci ildə xarici ölkəyə ilk səfəridir.