|
Con Kerri Antarktidaya səfər edən ilk dövlət katibi olacaq
ABŞ dövlət katibi Con Kerri Antarktidaya səfər edəcək.
 
APA-nın “AP” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Departamentindən bildiriblər.
 
Gələn həftə C.Kerri Ross adasında yerləşən ABŞ-a məxsus elmi-tədqiqat stansiyası və “Amundsen-Scott” stansiyasını ziyarət edəcək.
 
Səfər çərçivəsində dövlət katibi alimlərlə iqlim dəyişiklikliyi problemi və ekologiya məsələlərini müzakirə edəcək. Qeyd edək ki, Kerri Antarktidaya səfər edən ilk ABŞ dövlət katibi olacaq.
cia.az