|
Türk əsgər Suriyada şəhid oldu
Türk əsgər Suriyada şəhid olub. 

Musavat.com-un məlumatına görə, İŞİD terrorçuları “Fərat Qalxanı” əməliyyatı üçün Suriyada olan türk əsgərlərinin bölüyünün olduğu səmti toplardan atəşə tutublar. Nəticədə üç türk əsgəri yaralanıb. Yaralı əsgərlər Türkiyəyə aparılaraq xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq əsgərlərdən birinin həyatını xilas etmək mümkün olmayı. 

Qeyd edək ki, “Fərat Qalxanı” əməliyyatı 73 gündür davam edir.
cia.az