|
Vergilər Nazirliyinin elektron xidmətlərinin sayı artıb
Vergilər Nazirliyinin təqdim etdiyi elektron xidmətlərin sayı artıb.
 
APA-nın məlumatına görə, bununla bağlı Nazirlər Kabineti “Elektron xidmət növlərinin Siyahısı”na dəyişikliklər edib.
 
Dəyişikliyə əsasən Asan imza istifadəçi İD-sinin dəyişdirilməsi, fiziki şəxsin vergi uçotundan çıxarılması və hazır sənəd barədə məlumatın verilməsi Vergilər Nazirliyinin təqdim etdiyi elektron xidmətlərin siyahısına daxil edilib. 
Cia.az