Terror istintaqı çərçivəsində həbs edilən Türkiyənin kürdyönümlü partiyası HDP-nin həmsədri Səlahəddin Demirtaş Edirne rayonundakı habsxanaya aparılıb.
İstanbuldan deputat seçilmiş S.Demirtaşın dosyesində “Cinayət niyyəti ilə təşkilat yaratmaq”, “Təşkilat üçün cinayətə əl atmaq”, “Silahlı terror təşkilatına üzv olmaq” kimi ittihamlar yer alıb.
Diyarbakır 2-ci Sülh Cəza Məhkəməsi onun haqqında həbs qəti-imkan tədbiri seçib. Məhkəmə qərarından sonra S.Demirtaş helikopterlə İstanbula, daha sonra isə Edirnədəki həbsxanaya aparılıb.
