Türk Silahlı Qüvvələri 4 noyabr, “Fərat Qalxanı” əməliyyatının 73-cü günündə bölgədəki son vəziyyəti xəritə yayınlayaraq ortaya qoyub.
Musavat.com xəbər verir ki, xəritəyə görə, Kilisdən 27 km, Elbeylidən 19 km, Çobanbəydən 9 km içəri girilib. Türkiyənin dəstəklədiyi Azad Suriya Ordusu (ASO) indiyə qədər 1350 km-lik ərazidəki 170 kəndə nəzarəti ələ keçirib. Bundan başqa, Öncüdən Şahba stansiyasına qədər 300 km-lin dərinlikdə olan əraziyə nəzarət etmək mümkün olub.
Xəritədə bundan sonrakı hədəflər də yer alıb. Belə ki, xəritədə ASO-nun İŞİD nəzarətindəki Əl-Baba 14 km, PYD ilə 19 km, Suriya ordusu ilə isə 10 km məsafədə olduğu yer alıb.
