2016-cı ildə Aralıq dənizi ilə Avropa ölkələrinə 335 mindən çox qaçqın və mühacir gəlib. Beynəlxalq Miqrasiya Təşkilatı noyabrın 4-də belə hesabat yayıb. Təşkilat bəyan edib ki, noyabrın 2-nə qədər Avropa 335 min 31 qaçqın qəbul edib. Ən çox köçkün qəbul edən ölkə Yunanıstan (170 min nəfər) və İtaliyadır (158 min nəfər).
Hesabata görə, bu ilin əvvəlindən Aralıq dənizində 4220 nəfər həlak olub və ya itkin düşüb.
Aralıq dənizində ən təhlükəli miqrasiya marşrutu Şimali Afrikadan İtaliyaya gedən yoldur. Bu marşrut 3743 nəfərin həyatına son qoyub. Türkiyədən Yunanıstana gedən dəniz yolunda ilin əvvəlindən 415 nəfər həlak olub.
2016-cı ildə Aralıq dənizində həlak olan mühacir və qaçqınların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 725 nəfər çoxdur.
Liviya sahillərində baş verən iki gəminin qəzaya uğraması nəticəsində 239-dan çox miqrant ölüb, miqrasiya rəsmiləri bildirirlər.

Bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nümayəndəsi Carlotta Sami-ə hadisədən salamat çıxaraq İtaliyanın Lampeduza adasına çatan iki nəfər bildirib.
Hazırda ölənlərin cəsədləri tapılmayıb. Belə görünür ki, onların əksəriyyəti Qərbi Afrika sakinləri olub.
Beynəlxalq Miqrasiya Təşkilatına əsasən ilin əvvəlindən bəri Şimali Afrikadan Avropaya getməyə cəhd edərkən 4,200 miqrant həlak olub.

BMT güman edir ki, 2016-cı ildə miqrantların ölüm səviyyəsi ən yüksək həddə çata bilər.
Aralıq dənizində fırtınadan sonra içində 100 miqrant olan gəmi yoxa çıxıb. Liviya sahillərindən 25 mil uzaqlıqda fırtına zamanı miqrantları daşıyan qayıq çevrilib. Faciədən sonra 100 nəfərin taleyi barədə heç bir məlumat yoxdur.
Hadisə nəticəsində itkin düşənlərin sayı barədə xilas edilərək İtaliyanın Lampeduza adasına gətirilən Qvineyalı qaçqınlar məlumat verib.
Əvvəlcə isə, Roma sahil mühafizə xidmətinin 5 gəmisinin iştirak etdiyi əməliyyat nəticəsində 12 cəsəd tapılmış və 29 nəfər xilas edilmişdi.
Oktyabr ayında isə məlumat yayılmışdı ki, ilin əvvəlindən indiyədək Aralıq dənizi vasitəsi ilə Avropa sahillərinə 316 min 311 mühacir və qaçqın gəlib. Bu barədə Beynəlxalq Miqrasiya Təşkilatının mətbuat katibi Coel Millman brifinqdə çıxış edərkən məlumat verib.
Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına əsasən, Aralıq dənizindən Avropaya keçməyə cəhd edən 3611 nəfər həlak olub və ya itkin düşüb. Millman qeyd edib ki, Avropa İttifaqı ilə Türkiyə arasında sazişin imzalanmasından sonra Yunanıstanda və Qərbi Balkan ölkələrində mühacir və qaçqınların sayı 56 faiz artıb.

Euronews telekanalının məlumatına əsasən, Almaniya federal kansleri Angela Merkelin mühacir axınını zəiflətmək məqsədi daşıyan Afrika səfəri başa çatmaq üzrədir. Merkel Mali və Nigerdən sonra Efiopiyaya gəlib. Mali və Nigerdə münaqişələr, Efiopiyada isə gərgin daxili-siyasi vəziyyət nəticəsində bu ölkələrdən Avropaya mühacir axını artmaqdadır. Angela Merkel afrikalı həmkarlarına maliyyə və texniki yardım, həmçinin hərbi əməkdaşlıq vəd edib.
Almaniyanın özündə və xaricdə isə Angela Merkelin miqrasiya siyasəti güclü tənqidlərə məruz qalır. Oktyabrın 11-də yeni sorğunun nəticələri dərc olunub: Almaniyanın hakim partiyasının populyarlığı onun bütün tarixi ərzində ilk dəfə 30 faizdən aşağı enib.
Ötən bir ayı əhatə edən hər iki statistik məlumat isə onu göstərir ki, miqrantların Avropaya axışması qədər onların ölüm statistikası da gündən-günə artır. Avropa hələ ki, bu problemin qarşısını almaqda acizdir.
YM
