Gəncədə 62 yaşlı qadını avtomobil vurub.
Hadisə axşam saatlarında şəhərin Ərdəbil küçəsində baş verib. Gəncə şəhər sakini, 1954-cu il təvəllüdlü Mariya Şahmalı qızı Qayıbovanı avtomobil vurub. Yaralı təcili tibbi yardım maşını ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb və əməliyyata alınıb. Onun vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır. (“Report”)
Cia.az
