|
Məscidə namaz qılmağa gələn şəxsin ayaqqabısını oğurladılar
Bu gün cümə namazı zamanı məsciddə oğurluq olub.
 
Missiya.Az xəbər verir ki, biabırçı hadisə Yasamal rayonunda yerləşən «İlahiyyat» məscidində baş verib. 
 
Cümə namazında çox sayda dindar iştirak edib. Camaatın namaz qılmasından istifadə edən namalum şəxs, məscidə namaza gələn şəxslərdən birinin ayaqqabılarını oğurlayıb. Belə ki, ayaqqabları aparan şəxs onun yerinə köhnələrini qoyub. 
Hadisə yerinə yığışan dindarlar nəzarət məqsədi ilə məscidə kameraların quraşdırıldığını qeyd edərək ona baxılmasını təklif edib. 
 
Hadisə ilə bağlı araşdırma aparılır
Cia.az