|
"Qarabağ" ilk dəfə ən güclü “100-lük”də

"Qarabağ" ilk dəfə olaraq ən güclü 100 klubun siyahısına düşüb.

Dünən Avropa Liqasının qrup mərhələsinin IV turunda PAOK-u 1:0 hesabı ilə məğlub edən "Qarabağ"ın UEFA klubların reytinq cədvəlindəki mövqeyi dəyişib.

Belə ki, Ağdam təmsilçisi  13 pillə irəliləyərək 18.050 xalla 99-cu yerdə qərarlaşıb.

Bununla da "Qarabağ"  ilk "100-lük"də qərarlaşan ilk Azərbaycan klubu olub.

 Cia.az