|
Azərbaycanla Avropa İttifaqı arasında yeni danışıqlar BAŞLAYACAQ

Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında yeni sazişlə bağlı danışıqlar üçün mandat bu ilin sonuna kimi verilə bilər.

Bunu Trend-ə xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev deyib.

Nazir müavini bildirib: “Azərbaycan Aİ-nin daxili müzakirələrinə müdaxilə etmir, bütün məsələləri Avropa özü həyata keçirir. Düşünmürəm ki, yeni sazişlə bağlı Avropa İttifaqının mənfi münasibəti olsun”.

M.Məmməd-Quliyevin sözlərinə görə, danışıqlar üçün mandat verildikdən sonra ikitərəfli münasibətlər daha da dərinləşəcək.

Cia.az