|
Orxan Pamuk Tolstoy mükafatı aldı

Orxan Pamuk “Yasnaya Polyana” mükafatına layiq görülüb. Mükafat “Xarici ədəbiyyat” kateqoriyasında yazıçının “Kafamda bir tuhaflık” romanına görə verilib. 

“Yasnaya Polyana” mükafatının bu nominasiyası 2015-ci ildən verilir. Nominasiyada həm xarici müəlliflər, həm də ruscaya tərcümə olunmuş kitablar mükafatlandırılır. Xarici müəllif 1 milyon rubl, rusca tərcümə olunmuş kitab isə 200 min rubl əldə edir.

Xatırladaq ki, Orxan Pamukun mükafat aldığı “Kafamda bir tuhaflık” romanı 2015-ci ildə çap olunub. 

Cia.az