|
Bakıda şagird sinif yoldaşını bıçaqlayıb
Nəsimi rayonunda avtobus dayanacağında iki şagird arasında mübahisə bıçaqlanma ilə nəticələnib.

Musavat.com xəbər verir ki, 20 yanvar küçəsindəki avtobus dayancağında 17 yaşlı Musazadə Sahil Şahin oğlu sinif yoldaşı ilə mübahisə edib. Tərəflər arasında əlbəyaxa dava düşüb. Sonda S.Musazadə sinif yoldaşının bir neçə bıçaq zərbəsindən sonar huşunu itirib. Ətrafdakıların köməkliyi ilə S.Musazadə 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb.
 
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.
cia.az