|
16 yaşlı yeniyetmə özünü asdı, son anda xilas edildi
Bakının Sabunçu rayonunda 16 yaşlı yeniyetmə yaşadıqların evin həyətyanı sahəsində özünü asıb.
 
Musavat.com xəbər verir ki, Maştağa qəsəbəsində 2000-ci il təvəllüdlü Babayev Kənan Bahəddin oğlu yaşadıqları evin həyətində iplə özünü ağacdan asıb. Lakin ailə üzvləri bundan xəbər tutublar və onların müdaxiləsi ilə K.Babayev ölümdən son anda qurtulub. O, huşsuz vəziyyətdə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.
 
K.Babayevin intihara cəhdinin səbəbləri araşdırılır.
cia.az