|
Hindistan Pakistandan diplomatlarının təhlükəsizliyini təmin etməsini istəyib
Hindistan Pakistan hökumətindən İslamabaddaki səfirliyinin əməkdaşlarının təhlükəsizliyini təmin etməyə çağırıb.
 
Musavat.com xarici KİV-lərə istinadən xəbər verir ki, Hindistan bu bəyanatı Pakistan dövlətinin onların səkkiz diplomatını casusluqda ittiiham etdikdən sonra verib.
 
Pakistanın xarici işlər nazirliyinin rəsmi nümayəndəsi Nafis Zəkəriyə keçirdiyi birifinqdə Hindistan səfirliyinin səkkiz əməkdaşını Hindistan xüsusi xidmət orqanlarına işləməkdə günahlandırıb.
 
Öz növbəsində Hindistan xarici işlər nazirliyinin rəsmi nümayəndəsi Vikas Svarup diplomatlara qarşı olan bütün ittihamları rədd edib.
Cia.az