|
Monteneqronun 2017-ci ildə NATO-ya daxil olacağı gözlənilir
Monteneqro 2017-ci ilin yazında NATO üzvü ola bilər.
 
Musavat.com xəbər verir ki, bu barədə NATO-nun baş katibinin müavini Rouz Getemüller bu ölkəyə səfəri zamanı bildirib.
 
Getemüller ölkədə oktyabrın 31-dən noyabrın 4-nə qədər keçirilən “Monteneqro 2016” NATO-nun hərbi təlimlərini yüksək qiymətləndirib və ölkənin baş naziri Milo Cukanoviçə minnətdarlığını bildirib.
cia.az