“Çox vacib oyun idi. Növbəti mərhələ üçün bizə şans yarandı”
Musavat.com xəbər verir ki, bu sözləri “Sent-Etyen”in baş məşqçisi Kristof Qaltye deyib.
Fransa təmsilçisi Avropa Liqasının IV turu çərçivəsində Bakıda “Qəbələ”ni (2:1) məğlub edərək, xallarının sayını 8-ə yüksəldib.
Qaltye qarşılaşmadan sonrakı mətbuat konfransında fikrini bu sözlərlə davam etdirib: “Artıq “Maynts”la növbəti görüş barədə düşünməliyik. Uğurlu çıxışı həmin oyunda da davam etdirmək istəyirik”.
- Oyunla bağlı fikriniz nədir?
- Çox maraqlı oyun keçdi. İlk hissədə top tamamilə bizdə idi. Lakin ikinci hissədə topu rəqib komandaya verdik. Fasilədən sonra tam gücümüzlə oynamırdıq. Rəqibimiz də zəif deyildi. Əsas odur ki, qələbə qazana bildik.
- Bakıya “Qarabağ”la oyun üçün də gəlmişdiniz. “Qarabağ”la “Qəbələ”ni necə müqayisə edə bilərsiniz?
- “Qarabağ”la matçda təcrübəmiz bugünkü qədər deyildi. Lakin iki il sonra keçirilən “Qəbələ” ilə matça ciddi hazırlaşmışdıq. Çətin oyun oldu.
Qeyd edək ki, baş məşqçi digər suallara cavab vermədən zalı tərk edib.
cia.az
