Türkiyə Silahlı Qüvvələrinə aid qırıcılar Hakkarinin Çuxurca mahalında və Şimali İraqın Zap bölgəsində PKK mövqelərinə hava zərbələri endirib.
Axar.az xəbər verir ki, gecə yarısı keçirilən bombardman zamanı terrorçulara məxsus silah-sursat anbarları, sığınacaqlar məhv edilib.
Əməliyyatlardan sonra qırıcılar təhlükəsiz şəraitdə aviabazaya qayıdıb.
cia.az
