Şamaxıda 12 yaşlı uşaq göbələkdən zəhərlənib.
ARB Şəki xəbər verir ki, hazırda onun vəziyyəti ağır olaraq qalmaqdadır.
Hadisə ötən gün Şamaxı rayonu Quşçu kəndində qeydə alnıb. Göbələkdən bişirilən yeməyi ailədə hər kəs yesə də, yalnız onlardan biri - Şamaxı rayon Quşçu kənd sakini 12 yaşlı Heybətov Haqverdi - zəhərlənib.
Ailəsi uşağın vəziyətinin ağır olduğunu görərək kənd tibb məntəqəsinə aparıb. Haqverdi Heybətova llk yardım göstərildikən sonra Şamaxı rayon mərkəzi xəstəxanasının Uşaq xəstəlikləri şöbəsinə gətirlib.
Lazımi tibbi yardımlar göstərilsə də, xəstə müalicəsinin davamı üçün paytaxt Bakıya Toksikalogiya Mərkəzinə göndərilib.
Cia.az
