Türk tankları İraq sərhədində gözləyir
Ankaradan yola çıxan Türkiyə Silahlı Qüvvələrinə aid tanklar və zirehli maşınlar üç gün sonra İraqla sərhəddə yerləşən Silopi rayonuna çatıb.
Musavat.com bildirir ki, bu barədə “Xəbər Türk” informasiya portalının müxbiri məlumat verib. Hazırda tanklar İraq sərhədində gözləyirlər. Qeyd edək ki bəzi saytlar Türkiyə tanklarının İraqa girdiyi barədə xəbər versələr də, məlumat təsdiqini tapmayıb.
cia.az
