|
Britaniyalı nazir:
İŞİD lideri Əbubəkr Bağdadi hökumət və milis qüvvələrinin nəzarətində olan Mosul şəhərindən qaçıb.
 
Axar.az “Layf.ru”ya istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın xarici İşlər naziri Boris Conson deyib. O bildirib ki, bu məlumat kəşfiyyat mənbələrindən daxil olub: “İroniya orasındadır ki, bu şəxs Mosuldan çıxıb və internetdən istifadə edərək öz təbliğatını aparır”.
 
Qeyd edək ki, Bağdadi İŞİD-çilərə çağırışında Mosulu tərk etməməklə bağlı tapşırıq vermişdi.
cia.az