Türkiyənin Tunceli rayonunda təşkil edilən iki hava əməliyyatı nəticəsində PKK-nın 15 terrorçusu öldürülüb.
Musavat.com xəbər verir ki, Türkiyə Hərbi Hava Qüvvələrinə aid təyyarələr alınan kəşfiyyat məlumatından sonra Tunceli rayonunda üç nöqtəyə zərbələr endirib. Daha sonra PKK silahlılarının olduğu altı mövqe havadan zərbələrlə partladılıb.
Türkiyənin hərbi mənbələrindən verilən məlumata əsasən, əməliyyatlar nəticəsində 15 terrorçu zərərsizləşdirilib.
cia.az
