|
Bakıda kafedə söyüş üstündə dava düşdü, bıçaqlanan var
Bakının Nəsimi rayonu ərazisində, metronun "20 Yanvar" stansiyasının yaxınlığında kafedə tanışlar arasında mübahisə qanlı sonluqla bitib.
 
Musavat.com xəbər verir ki, hadisə "Nar" kafesində qeydə alınıb. Şəki şəhər sakini, 1979-cu il təvəllüdlü Yusifov Mehman Nəbi oğlu tanışları ilə bərabər yeyib-içdikdən sonra dava salıb. Sərxoş vəziyyətdə olan M.Yusifov tanışının birini masadan qovmaq istəyib. O, tanışına söyərək, ondan kafedən getməyi tələb edib. Lakin tanışı bundan hiddətlənərək bıçaqla M.Yusifovun ürək nahiyyəsinə bıçaqla zərbə vurub.
 
Ağır xəsarət alan M.Yusifov kafe işçilərinin köməkliyi ilə xəstəxanaya çatdırılıb. Yaralı əməliyyat olunub. Onun vəziyyəti ağır olaraq qalır.
 
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 19-cu Polis Bölməsinin (PB) əməkdaşları araşdırma aparılır. Hadisəni törədən şəxsin rayonlardan birinə qaçdığı məlum olub. Hazırda onun tutularaq istintaqa təhvil verilməsi istiqamətində araşdırma aparılır.
cia.az