|
"Həcmli saçlar arzulayan xanımların nəzərinə

Həcmli saçlara sahib olmaq hər bir xanımın arzusudur. Bəs bunun üçün nə etmək lazımdır? 
Sizə faydalı olacaq məsləhətlər təqdim edir: 

- İlk olaraq saçlarınızı üst hissədən alta doğru qurutmağa çalışın. Bunu etsəniz daha dolğun saçlara sahib olarsınız. 

- Saçınıza uyğun şampun seçməyə diqqət edin. Saçlarınızı darayarkən düz darayın, daha sonra yuxarıdan yığın və uclarını əlinizlə yüngül şəkildə burun. Bu saçlarınız quruduqdan sonra daha həcmli görünməsinə səbəb olacaq. 

- Saçınızı fenlə düzləşdirməzdən öncə yaxşıca qurudun. Bu üsulla daha uzun müdət həcmini və formasını saxlamağa nail ola bilərsiniz. 

- Saçlarınızı tərs yöndən daramağınız da daha həcmli görünməsinə səbəb olar.

Cia.az