|
Ermənilərin minaatanlardan atdığı mərmilər Ağdamın Çəmənli kəndinə düşüb
Ermənistan Silahlı Qüvvələrinin minaatanlardan atdığı mərmilər Ağdam rayonunun Çəmənli kəndinə düşüb.
 
APA-nın Qarabağ bürosunun xəbərinə görə, hazırda mərmilər düşən əraziyə baxış keçirilir.
 
Xəsarət alan yoxdur.
 
Azərbaycan Ordusunun cavab atəşindən sonra qarşı tərəf susdurulub.
cia.az