|
Məşhur sirk ustası Oleq Popov vəfat edib
Dünya şöhrətli kloun, SSRİ xalq artisti Oleq Popov 87 yaşında vəfat edib.
 
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Böyük Moskva Sirkinin direktoru Edqard Zapaşnıy bildirib. Onun sözlərinə görə, O.Popov Rostov şəhərində qastrolda olarkən vəfat edib.
 
Oleq Popov 1991-ci ildən etibarən Almaniyada yaşayıb və işləyirdi.  2015-ci ilin iyununda 24 ildən sonra  ilk dəfə Rusiyaya səfər etmişdi. 
cia.az