|
OPEC-in Vyanadakı toplantısında təşkilatın uzunmüddətli strategiyasına baxılacaq
Noyabrın 30-da Vyanada, OPEC-ə üzv  ölkələrin sayca 171-ci görüşündə təşkilatın uzunmüddətli strategiyası nəzərdən keçiriləcək.
 
APA-Economics-in xəbərinə görə, bu barədə təşkilatın yaydığı açıqlamada bildirilir.
 
“Sənəddə üç əsas məqsəd müəyyən ediləcək, energetika sahəsində mümkün ssenarilər və təşkilatın qarşısında duran əsas məsələlərə toxunulacaq" – məlumatda deyilir.
 
Sənədin məzmunu açıqlanmır, lakin əvvəlki versiyalarda uzunmüddətli perspektivdə neftin qiyməti ilə bağlı proqnoz verilir, neft bazarının sabitləşməsinə dair tədbirlər təkliflər yer alırdı.
 
Qeyd edək ki, OPEC-in noyabr sammitində həmçinin neft hasilatının məhdudlaşdırılmasına dair qərarın veriləcəyi gözlənilir. 
cia.az