|
Bələdiyyə sədrinin avtomobilinə atəş açıldı

Türkiyədə bələdiyyə sədrinin avtomobilinə atəş açılıb. 

 
Musavat.com-un məlumatına görə, hadisə İstanbul şəhərinin Avcılar səmtində baş verib. CHP-dən bələdiyyə sədri seçilmiş Handan Benli avtomobildən düşdükdən bir qədər sonra bir silahdan açılan atəş nəticəsində avtomobilin ön şüşəsi qırılıb. Polislərin araşdırmasından sonra hadisənin qəsdən deyil, təsadüfən meydana gəlmə ehtimalı olduğu bildirilib. 
 
Hadisə ilə bağlı araşdırmalar davam edir.
 
Qeyd edək ki, Handan Benli İstanbulun Avcılar rayonunun bələdiyyə sədridir. 
cia.az