|
ABŞ-da iki polis güllələndi
ABŞ-ın Ayova ştatında iki polis zabiti güllələnib.
 
APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, cinayəti törətməkdə şübhəli bilinən 46 yaşlı De-Moyn şəhər sakini saxlanılıb. Birinci zabit yerli vaxtla gecə saat 01:00 radələrində, ikinci isə 20 dəqiqə sonra patrul avtomobilində olarkən güllələnib.
 
Hücumun motivləri hələ ki məlum deyil.
cia.az