|
Tramp: KİV-lər dürüstlükdən uzaqdır
ABŞ-ın kütləvi informasiya vasitələri seçkilərdə vətəndaşların kimə səs verəcəyi ilə bağlı təbliğat aparır.
 
Axar.az xəbər verir ki, bu sözləri ABŞ-ın Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp Mayamidə çıxışı zamanı deyib.
 
“Əvvəllər heç vaxt bu qədər media qurumları dürüstlük və obyektivlik anlayışından imtina etməmişdi. Prezident seçkiləri ərəfəsində kütləvi informasiya vasitələrinin tərəfkeşliyi açıq-aydın bilinir. Bu inanılmaz olsa da, həqiqətdir”
 
Qeyd edək ki, Tramp əksər media orqanlarının Klintona dəstək verməkdə ittiham edib.
cia.az