"Qarabağ"ın futbolçusu Ansi Aqolli Avropa Liqasının qrup mərhələsində PAOK-la səfər oyunu öncəsi fikirlərini bildirib.
Cia.az-ın məlumatına görə, o, görüşdən əvvəl keçirilən mətbuat konfransında bunları deyib:
"Xüsusi bir tapşırıq yoxdur. Maksim də, mən də ancaq komandaya kömək etmək barədə düşünürük. Məşqçimizin verdiyi tapşırıqları tam yerinə yetirməyə çalışacağıq".
cia.az
