|
Bakıda mənzildən 48 min dollar və 25 min manatlıq qızıl oğurlandı

Paytaxtda mənzildən oğurluq olub.

"Report" bildirir ki, hadisə Xətai rayonu, N.Tusi küçəsi ev 14-dəki mənzillərdən birində baş verib.

Orada yaşayan 60 yaşlı Xuraman Hacıyevaya məxsus mənzilin qapısının kilidi sındırılıb. Mənzildən 48 min ABŞ dolları, 900 avro və təxminən 25 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Faktla bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.

Cia.az