|
Rusiyadan Balkanlarda NATO-ya cavab
Rusiya Serbiya ilə birgə hərbi təlimə başlayır.
 
Axar.az xəbər verir ki, təlim “Slavyan qardaşlığı-2016” adı altında baş tutacaq. Noyabrın 2-dən 15-nə qədər davam edəcək təlimdə əsasən Rusiya desant qüvvələri iştirak edəcək.
 
Oktyabrın 30-da isə NATO hərbi təlimə başlayıb. Alyans təlimi Montoneqro ərazisində keçirir. Noyabrın 4-nə qədər davam edəcək təlimdə 32 ölkədən 680 hərbçi iştirak edir.
 
Təlimə Azərbaycan, İsrail, Gürcüstan da qatılıb.
cia.az