ABŞ Prezidenti Barak Obama Rusiyanın kiberhücumlarına cavab verilməsi haqqında qərar qəbul edəcək.
Axar.az xəbər verir ki, bunu Böyük Britaniyanın “Vayəd” jurnalına müsahibəsində ABŞ Dövlət katibi Con Kerri söyləyib. Onun sözlərinə görə, Obama Rusiyaya cavab verilməsi haqqında qərarı öz vəzifəsini icra etdiyi müddətdə verəcək:
“Bu qərarın qəbulu və ABŞ-ın necə hərəkətə keçəcəyi ola bilsin ki, sizə görünməsin. ABŞ yerində sakit oturub, olanları sakit seyr etmək fikrində deyil. Cavab veriləcək”.
Qeyd edək ki, bundan öncə ABŞ vitse-prezidenti Cozef Bayden ölkəyə olan kiberhücumlara görə Rusiyaya çox sərt cavab veriləcəyini bildirib.
cia.az
