|
Son 10 ildə 700-dən çox jurnalist öldürülüb

BMT son 10 ildə öldürülən jurnalistlərin sayını açıqlayıb.

Cia.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, bu haqda BMT-nin baş katibi Pan Ge Munun yaydığı müraciətdə bildirilib.

Müraciətdə göstərilib ki,  dünyada son 10 ildə 700-dən çox jurnalist qətlə yetirilib:

“Hər 5 gündə bir jurnalist ictimaiyyəti hadisələrdən xərəbdar edərkən, öldürülüb. Bu cinayətlərdən yalnız 7 faizinin üstü açılıb”.

Pan Gen Mun söyləyib ki, istənilən halda senzura yolverilməzdir:

 “Həyatları üçün təhlükədən ehtiyatlanaraq, onların özünü senzura ilə məşğul etmələrinə imkan vermək olmaz”.

Sonda qeyd olunub ki, noyabrın 2-si jurnalsitlərə qarşı cinayətlərə görə cəzasızlıqla beynəlxalq mübarizə günüdür. 

Cia.az