Maştağada qumarbazı qətlə yetirən şəxs hakim qarşısına çıxarılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Şəhriyar Abbasquliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.
Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası noyabrın 8-nə təyin edilib.
1986-cı il təvəllüdlü İlham Tahir oğlu Ağayev bıçaqlanaraq öldürülüb. Hadisəni törədən şəxsin Maştağa sakini Ş.Abbasquliyev olduğu müəyyən edilib. Daha sonra o, Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə ittiham olunur.
Məlumata görə, qətlə yetirilən İ.Ağayev qumarbaz olub.
Cia.az
