|
Şabran rayonunda sərnişin avtobusu yük maşını ilə toqquşub

Şabran rayonunda sərnişin avtobusu yük maşını ilə toqquşub.

Hadisə Qəndab-Yalama avtomobil yolunun rayon ərazisindən keçən hissəsində baş verib.

Xaçmaz-Şabran sərnişin avtobusu "Ford" markalı yük maşını ilə toqquşub və avtobus aşıb. Hadisə yerinə təcili tibbi yardım maşınları cəlb olunub. Yaralıların olduğu bildirilir. (“Report”)

Cia.az