|
ABŞ bu bazaya sualtı qayıq göndərdi - 30 ildən sonra
ABŞ Hərbi-Dəniz Qüvvələri özünün strateji xarakterli “Pensilvaniya” sualtı qayığını Sakit okeanda Quam adasında yerləşən Arpa-Harbor bazasına göndərib.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı ABŞ Hərbi Dəniz Qüvvələrinin mətbuat xidməti yayıb. Rəsmi Vaşinqton ballistik raketlərlə təchiz edilmiş bu qayığın nəyə görə Quam adasına göndərildiyini və nə zamana qədər burada qalacağını açıqlamayıb.
 
Qeyd edək ki, ABŞ sonuncu dəfə bu adadakı bazasına “Pensilvaniya” tipli qayığı 28 il öncə göndərib. Ekspertlər hesab edirlər ki, ABŞ bu addımı ilə Hind-Çin yarımadası ölkələrinə özünün imzaladığı hərbi razılaşmalara nə qədər sadiq olduğunu göstərməyə çalışır. Vaşinqton həmçinin “Pensilvaniya” qayığı ilə Çinə də xəbərdarlıq etməyə çalışır.
cia.az