|
Dünyanın ən qısa təyyarə reysi rekordlar kitabına düşdü
Milyonlarla sərnişin “Loganair” aviaşirkətinin Şotlandiyanın Uestrey və Papa-Uestrey adaları adasında təşkil etdiyi dünyanın ən qısa təyyarə reysinə bilet alıb. 
Musavat.com xəbər verir ki, bu barədə məlumat “Guardian” qəzetində yer alıb. Xəbər verilir ki, adalar arasında məsafə 2.7kilometrdir.  Səkkiz nəfərlik təyyarə bu məsafəni iki dəqiqəyə qət edib. Məlumata görə, iki ada arasındakı bu uçuş dünyada ən qısa uçuş kimi rəsmi olaraq Ginnesin rekordlar kitabına düşüb.
Cia.az