|
Neft tankeri partladı:
Pakstanın Qadani şəhərindəki gəmiçilik zavodunda parçalanan neft tankerində dəhşətli partlayış baş verib. 
Partlayışdan sonra baş verən yanğında azı 14 nəfər ölüb, 59 nəfər yaralanıb. Hadisə barədə yerli mətbuat məlumat yayıb. Məlumatda qeyd edilir ki, hadisə nəticəsində çox sayda adam zavoddan çıxa bilməyib və içəridə qalıb. Partlayış vaxtı dəmir parçaları iki km uzaqlığa uçub. Açıqlama verən Pakistan baş naziri Nəvaz Şərif hadisədən dərin təəssüf hissi keçirdiyini dilə gətirib. 
Qeyd edək ki, tez-tez iş qəzalarının baş verdiyi zavod dünyanın ən böyük ikinci gəmi sökmə zavodudur. 
Cia.az