ABŞ-da president seçkilərinə sayılı günlər qalmış ortaya atılan yeni iddia böyük səs-küyə səbəb olub.
Danney Uilyams adlı gənc keçmiş ABŞ prezidenti Bill Klintonun oğlu olduğunu iddia edib və DNH testi tələb edib. Danney Uilyams Vaşinqtondakı milli mətbuat klubunda mətbuat konfransı təşkil edib. 1990-cı ildə doğulduğunu deyən gənc bildirib ki, Bill Klintonun doğma, Hillari Klintonun isə ögey oğludur. Narkotik istifadəçisi olan anasını kiçik yaşlarında itirdiyini deyən D.Uilyam dəfələrlə Klintonun oğlu olduğunu mətbuata açıqladığını bildirib və Klinton ailəsinin onunla əlaqə saxlaması gərəkdiyini deyib.
Qeyd edək ki, eks prezident Bill Klintonun həyat yoldaşı Hilları Klinton ABŞ prezidentliyinə namizəddir. Onun seçilmə şansı yüksək dəyərləndirilir.

