|
İŞİD-in Mosuldakı nəhəng tuneli tutuldu
İraqın Mosul şəhərində İŞİD terror təşkilatına aid tunellər aşkarlanıb. 

Musavat.com xəbər verir ki, Mosulda İŞİD-ə qarşı əməliyyatlarda iştirak edən Bədir batalyonu bu barədə məlumat verib və bildirib ki, İŞİD-in ən böyük tuneli Farfara kəndindədir. Məlumatda bildirilir ki, bu tunel tamamiylə minalanıb, burada mərkəzi xəbərləşmə sistemi və partlayıcı ilə dolu depo var. 
 
Qeyd edək ki, Farfara kəndi İŞİD-dən geri alınıb. Bədir batalyonu minaların təmizlənməsindən sonra tunelə girməyin mümkün olacağını bildirib.
cia.az