|
Ölkəsində 62 dövlətin əsgəri olan İbadidən gülünc hədə:
İraq baş naziri Heydər İbadi  növbəti dəfə Türkiyəni hədələyib.
 
Avropa.info  xəbər verir ki, İbadi  Bağdadın Ankara ilə döyüşmək istəmədiyini, ancaq buna hazır olduğunu deyib. Türkiyənin İraq sərhədinə qoşun yığmasına mənfi münasibət bəslədiyini bildirən İbadi rəsmi Ankaranın İraqa qoşun yeridəcəyi halda, hər cür qarşılıq verəcəklərini deyib.
 
“Türkiyənin İraqa hər hansısa bir hücumu, özünün çöküşünə səbəb olacaq. İraqa hücum edən bütün tərəflərə qarşılıq verəcəyik”, -deyə İbadi bildirib.
 
Qeyd edək ki, İraqda 62 dövlətin ordusu var, dövlətin bir hissəsi isə İŞİD tərəfindən ələ keçirilib.
Cia.az