|
Çin ən güclü hərbi təyyarəsini nümayiş etdirdi - Foto
Çin ilk dəfə özünün beşinci nəsil J-20 təyyarəsinin görüntülərini təqdim edib.
 
Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Röyter” agentliyi yayıb.
 
Qeyd edək ki, Çin ilk dəfə beşinci nəsil təyyarəyə sahib olduğunu 2011-ci ildə bəyan edib. Pekin hələ də bu təyyarənin texniki göstəricilərini gizli saxlayır. 2018-ci ildə J-20-nin Çin ordusunun istifadəsinə veriləcəyi gözlənilir. Çinin J-20 təyyarəsi əksər keyfiyyətlərinə və görüntüsünə görə, Rusiyanın MiQ 1.44 (hələ də sınaqdan keçirilərək ictimaiyyətə təqdim edilməyib) və ABŞ-ın F-35 təyyarələrini təkrarlayır. 
 
 
cia.az