|
“Victoria's Secret”dən seksual video

Yeni ilin yaxınlaşmasına az qala “Victoria's Secret” brendi video-çarx təqdim edib.
 
Axşam.az Rusiya mətbuatına istinadən xəbər verir ki, markanın 7 modeli videoda yer alıb. 

Videoçarxda brendin yeni-bayram kolleksiyası nümayiş etdirilib. “A very private affair” ("Çox şəxsi iş") şüarı ilə təqdim olunan videoda Elza Hosk, Stella Maksvell, Jasmin Tuks, Teylor Hill, Sara Sampayo, Romi Streyd və Jozefina Skriver kimi məşhur modellər iştirak ediblər. Parisdə lentə alınan kiçik filmin olduqca maraqlı süjet xətti var. Nağılsayağı ab-hava yaratmağa çalışan “mələklər” seksual görünüşləri ilə diqqət çəkirlər. 

Qeyd edək ki, “Victoria's Secret Fashion Show 2016” noyabrın 3-da reallaşacaq. Şou dekabrın 5-də yayımlanacaq.  

Cia.az