|
"Real"ın Çempionlar Liqasının qrup mərhələsində "Legiya" ilə səfər oyunu üçün heyəti müəyyənləşib. Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, heyətdə zədəli futbolçular Xames Rodriqes və Marselo yer almayıb. "Real" Polşaya aşağıda adları qeyd olunan futbolçularla gedib: Navas, Kasilya, Ruben, Karvaxal, Varan, Naço, Koentrau, Danilo, Tejero, Kroos, Kovaçiç, Asensio, İsko, Ronaldo, Benzema, Beyl, Lukas, Mariano, Morata. Qeyd edək ki, "Legiya" - "Real" görüşü sabah keçiriləcək. Cia.az
|
