|
Milli üzvünə Bakıdakı söyüşə görə şok cəza

FİFA Norveç millisinin futbolçusu Ule Selnesə ağır cəza tətbiq edib.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, buna "Sent-Etyen"in 22 yaşlı yarımmüdafiəçinin DÇ-2018-in seçmə mərhələsində millimizlə Bakıdakı oyundan sonra görüşün hakiminə təhqiramiz söz işlətməsi səbəb olub.

Buna görə o, 11 ay müddətinə futboldan uzaqlaşdırılıb. Qərarə əsasən o, bu müddətdə Norveç millisi ilə rəsmi oyunlarda iştirak edə bilməyəcək.

Qeyd edək ki, Azərbaycan - Norveç oyunu millimizin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Cia.az