|
Gəncədə yazıçılarla görüş keçiriləcək

Noyabrın 5-də Gəncədəki Kitabevim.az kitab mağazasında Bakıda yaşayıb fəaliyyət göstərən yazıçılarla görüş təşkil olunacaq.

Bakıdakı “Hədəf Nəşrləri”nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüş çərçivəsində yazıçılar İlqar Fəhmi, Şəmil Sadiq, Müşfiq XAN və Varis Yolçiyevin “imza günü” keçiriləcək.

Tədbirdə Müşfiq XANın yeni işıq üzü görən “Yalnızlığın bal ayı” adlı psixoloji-məhəbbət romanının da təqdimatı olacaq.

Sonda müəlliflər kitablarını imzaları ilə oxuculara təqdim edəcəklər.

Cia.az